Salyan RİH də vətəndaşların müraciətləri dinlənilib FOTOLAR

12.02.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov fərdi qəbulda rayon sakinlərinin sosial problemləri, onların qarşılaşdığı çətinliklər və təklifləri dinləyib.
Demokrat.az xəbər verir ki, Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların fərdi qaydada qəbulunda rayon rəhbəri tərəfindən hər bir vətəndaş diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, RİH səlahiyyətləri daxilində olan məsələlərin həlli nəzarətə götürülüb, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью