Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Faiq Ələkbərov Moskvada avtomobil qəzasında ölüb.
"Cebheinfo.az" xəbər verir ki, mərhumun yaxınlarının "Report"un Aran bürosuna verdiyi məlumata görə, hadisə Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.
Ötən gün F.Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.
Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin