Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Salyan sakini döş qəfəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində baş verib.
Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Fuad Əliqardaş oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyat götürülüb.
Onun hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.