Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib

05.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib.

Görüşdə edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, iddiaların araşdırılması və hüquqi qiymət verilməsi, torpaq sahəsinin ayrılması, eləcə də fəaliyyətin həyata keçirilməsinə dəstək göstərilməsi ilə bağlı məsələlər yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью