Salyan və Saatlıda yaşıllıqlara dəymiş zərərin məbləği açıqlanıb

02.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Salyan və Saatlı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən XQ-yə verilən məlumata görə, araşdırma zamanı Salyan rayonunun Sarvan kəndi və Saatlı rayonunun Sarıcalar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью