Salyanda 23,8 min tondan çox pambıq yığılıb

26.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Salyan rayonunda 8 933 hektar pambıq sahəsində məhsul yığılıb.

Bu barədə “Report”un Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.

Məlumata əsasən, cari təsərrüfat ilində rayonda 10 636 hektar sahədə pambıq əkilib.

Yığımın ilk günündən tarlalara 48 pambıqyığan maşın cəlb edilib. Builki mövsümdə havaların yağıntılı keçməsinə baxmayaraq, indiyədək rayon üzrə 23 848 ton məhsul tədarük məntəqələrinə təhvil verilib.

Hazırda tarlalarda pambıq yığımı davam edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью