Salyanda 3 780 hektar sahədə payızlıq taxıl əkilib

26.11.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyan rayonunda 3 780 hektar sahədə taxıl əkilib.

Bu barədə “Report”un Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumata verilib.

Məlumata görə, əkindən əvvəl sahələrdə şum qaldırılıb, yararlı hala salındıqdan sonra səpinə paşlanılıb.

Əkin zamanı yüksək reproduksiyalı toxumlardan istifadə olunur.

Qeyd edək ki, bu ilin payızında gələn ilin məhsulu üçün 14 min hektar sahədə taxıl əkini proqnozlaşdırılıb.

Hazırda sahələrdə taxıl əkini davam etdirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью