Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

29.07.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulun 29-u gecə saatlarında Salyan rayonunun rayonun Şəkərli kəndində qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 1966-cı il təvəllüdlü Şəkərli kənd sakini Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Qrdili kənd sakini Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью