Salyanda ağır avtomobil qəzası baş verib: 1 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

20.08.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Ələt–Astara–İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Bakı istiqamətində yüksək sürətlə hərəkətdə olan avtomobil qəfil idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində avtomobildə olan 1 nəfər hadisə yerində həyatını itirib. Daha 2 nəfər isə ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər hallar araşdırıldıqdan sonra məlum olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью