Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Salyan rayonunda "QAZel" markalı yük avtomobil maneəyə çırpılıb, iki nəfər ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində Sabirabad rayonu, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.