Salyanda AĞIR QƏZA, 3 nəfər öldü

13.07.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.  

“QAZ 3111” markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parça Xalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью