Salyanda ağır qəza 5 nəfər xəsarət aldı

22.06.2026

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Salyanda avtomobillər toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Metbuat.az xəbər Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Həsənov Səbuhi Məmməd oğlu, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Eminova Könül Valeh qızı, 1964-cü il təvəllüdlü Məmmədova Sevil Əliağa qızı, 1965-ci il təvəllüdlü Abdulova Gülxar Babaş qızı və 1988-ci il təvəllüdlü Mehdiyeva Elnarə Abyar qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью