Salyanda ağır qəza: Ölən VAR

12.12.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Salyanda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Şəhriyar Rafiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью