Salyanda ağır qəza, sürücü yaralanıb

03.07.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində qəza edib. Nəticədə avtomobil yoldan çıxaraq dəmir bardurlara dəyib. 

Hadisə zamanı sürücü baş nahiyəsindən yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью