Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Salyan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza zamanı Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Məmməd oğlu Həsənov, Salyan rayon sakinləri – 1991-ci il təvəllüdlü Könül Valeh qızı Eminova, 1964-cü il təvəllüdlü Sevil Əliağa qızı Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Babaş qızı Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Abyar qızı Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq yerləşdiriliblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu