Lent az saytına istinadən Icma.az xəbər verir.
Salyanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Masallı rayon sakini, 47 yaşlı Nicat Şah Nəcəfovun idarə etdiyi avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri, Masallı rayon sakini, 56 yaşlı Müşviq Mikayılov xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.