Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Oktyabrın 27-də Salyan rayonunun Sarvan kəndində qətl hadisəsi baş verib. 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvlərinə bıçaqla xəsarətlər yetirdiyi, nəticədə bir nəfərin öldüyü bildirilir.
Bu barədə Salyan rayon prokurorluğundan “Yeni Sabah”a məlumat verilib.
Məlumata görə, həmin gün 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza hut
İlkin araşdırmalar zamanı Pərvin İsmayılovun ailə üzvləri – 1966-cı il təvəllüdlü Ağababa İsmayılova, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Çiçək İsmayılova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərvin İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.