Salyanda “Akvarel yağışı” adlı sərgidə 40dan çox əl işi yer alacaq AZƏRTAC

19.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Salyan, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Dövlət Rəsm Qalereyasında “Akvarel yağışı” adlı rəsm sərgisi keçiriləcək.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutacaq sərgidə Salyandan olan 30 nəfərədək yeniyetmə və gənc rəssamın 40-dan çox əl işi nümayiş olunacaq. Yalnız akvarellə çəkilən rəsmlərdə gənc rəssamlar ana təbiəti, əsasən də çiçəkləri tərənnüm ediblər. Sərginin açılış mərasimi 22 noyabr-da Salyan Dövlət Rəsm Qalereyasının ekspozisiya zalında olacaq. Sərgi boyu Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında canlı musiqilər səslənəcək. Sərgiyə giriş sərbəstdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью