Salyanda aptekdə nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Salyanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşları Salyan şəhəri, Y.Qasımov küçəsində fəaliyyət göstərən, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus "Salyan 20" aptekdə yoxlama keçirib.
Baxış zamanı aptekin anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, zəruri təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı iaşə obyektinin rəhbəri Mehdi Əsgər oğlu Mehdiyev barəsində inzibati protokol tərtib olunub və anbar sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu