Salyanda avtomobil 10 yaşlı uşağı vurdu KONKRET

28.11.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salyanda 10 yaşlı uşağı avtomobil vurub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2014-cü il təvəllüdlü H.N. velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью