Salyanda avtomobil 10 yaşlı uşağı vurub

27.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Salyanda 10 yaşlı uşağı avtomobil vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Noxudlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2014-cü il təvəllüdlü H.N. velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью