Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

18.10.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью