Salyanda avtomobilin kanala aşıb, sürücü ölüb

09.01.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Salyanda avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb.

Belə ki, Salyan sakini Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Oxunub 40

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью