Salyanda baş məşqçi hakimə hücum çəkib

19.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Region Liqasının qalmaqallı “Salyan” OİK – “Qobustan” oyununda baş verənlərə hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Qobustan”ın futbolçusu Tural Nəhmətli hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyun cəzalanıb. Matç bitdikdən sonra komandanın baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum etdiyinə, onu vurmağa cəhd etdiyinə görə 5 oyun cəza alıb. Görüşdən sonra qonaqların futbolçusu Samin Gülməmmədov hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 matçlıq diskvalifikasiya edilib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью