Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.