Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib.
İdarəetmədən çıxan “Hyundai Avante” markalı minik avtomobili yolun kənarına aşıb. Bakıda online alış-veriş
Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.