Salyanda evdə yanğın olub, xəsarət alan var

22.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Salyan rayonunun Arbatan kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 108 m² birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisindəki məişət tullantıları 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью