Salyanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb

07.04.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Y.Qasımov küçəsində “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Salyan 20” aptekində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı aptekin anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, zəruri təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyektin rəhbəri Mehdiyev Mehdi Əsgər oğlu barəsində inzibati protokol tərtib olunub və anbar sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью