Salyanda “Ford” yandı

29.04.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Salyan rayonunun Xələc kəndində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью