Salyanda gizlədilmiş 2,5 kq narkotik aşkarlanıb FOTO

07.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Ələkbərov Elçin Ağamirzə oğlu tərəfindən Salyan rayonu Noxudlu kəndi ərazisində köhnə tikilinin içərisində gizlədilmiş ümumi çəkisi 2 kiloqram 590 qram olan narkotik vasitə (745 qram heroin, 725 qram qurudulmuş marixuana və 1120 qram tiryək) aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью