Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Salyan rayonu ərazisində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 3-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Azsamand” markalı maşın anidən alışmağa başlayıb. Şahidlərin iddiasına əsasən, yanğın elektrik naqillərindəki qısaqapanmadan qaynaqlanıb. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə insan olmayıb.
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Avtomobil qısa müddətdə zərərsizləşdirilib.
Nərmin