Salyanda hərəkətdə olan mikroavtobus qəfil alışdı VİDEO

12.06.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Salyanda mikroavtobusda yanğın hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 11-də saat 13:40 radələrində qeydə alınıb. Belə ki, 10-NY-283 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobus hərəkətdə olarkən anidən alışıb. İlkin məlumata əsasən, yanğına səbəb elektrik sistemində baş verən qısaqapanma olub.

Hadisə zamanı mikroavtobusda sərnişin olmayıb. Yanğına ərazidə olan vətəndaşlar və FHN əməkdaşları tərəfindən ilkin müdaxilə olunaraq alovun genişlənməsinin qarşısı alınıb.

Nəticədə nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью