Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Salyan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən qəzada xəsarət alanlar olub.
Modern.az xəbər verir ki, hadisə saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.