Salyanda iki avtomobil toqquşdu FOTO YENİLƏNİB

28.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yanvarın 28-də, saat 11:10-da iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 11:00-da rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı, 99-GA-139 dövlət nömrə nişanlı avtomobillə VAZ markalı, 52-BL-784 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Xəsarət alanlar VAZ markalı avtomobildə olan sərnişinlərdir./oxu.az

***11:53

Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 114

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью