Salyanda ildırım evi yandırdı

25.10.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb, nəticədə yanğın baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb.

Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb, evə və əşyalara ciddi ziyan dəyib.

Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi ilə alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью