Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürülüb

29.07.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Salyan rayonunda bir nəfər odlu silahla qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şəkərli kəndində baş verib.

İlkin məlumata əsasən, Şəkərli kənd sakini, 60 yaşlı Natiq Sadıqov ailə münaqişəsi zəminində qaynı, Qrdili kənd sakini, 46 yaşlı Famil Lətifovu odlu silahla güllələyərək qətlə yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью