Salyanda kişi bayram günü keçmiş arvadını bıçaqladı

02.01.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Salyanda kişi keçmiş arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 31-i günorta saatlarında baş verib.

Babazadə Seyyidmehdi Azad oğlu yaşadığı evin qarşısında keçmiş arvadı Əliyeva Şəbnəm Bəhlul qızını aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Bundan sonra o, qadını döyüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью