Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Salyanda avtomobil kollektora düşüb, ölənlər və yaralılar var.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.
Hazırda əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.