Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib

30.10.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью