Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
*** Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib.
https://t.me/apa_az/109984 Bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır.