Salyanda mikroavtobus avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb

24.06.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Salyan rayonunda "Ford Transit" markalı sərnişindaşıyan mikroavtobus "Mersedes" markalı avtomobillə toqquşub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Neftçala rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Etibar Ağamməd oğlu, Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Veysəlova Xoşqədəm Əli qızı, 2006-cı il təvəllüdlü Veysəlova Gülşən Tehran qızı, 1992-ci il təvəllüdlü Bağırov Əlihüseyn Qədəmşah oğlu və 1995-ci il təvəllüdlü Əkbərov Adil Fəxrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 3-ü kişi, 2-si qadın olmaqla 5 nəfər saat 16:00 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью