Salyanda milyonluq layihə bu şirkətə tapşırıldı

08.09.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mənzil İnşaatı Dövlət Agentliyi (“MİDA” MMC) Salyan rayonunda 30,0 hektar torpaq sahəsində inşa ediləcək yaşayış kompleksinin layihələndirilməsi işlərinə başlayır.

“Yeni Sabah” bildirir ki, layihələndirmə işlərinin həyata keçirilməsi “AZİN CONSTRUCTİON” MMC-yə həvalə olunub.

Tərəflər arasında ümumi məbləği 1 489 547 AZN təşkil edən müqavilə imzalanıb. Layihə çərçivəsində sözügedən ərazidə yeni yaşayış kompleksinin layihələndirilməsi işləri həyata keçiriləcək. pizza

Qeyd edək ki, “AZİN CONSTRUCTİON” MMC 2016-cı ildə təsis edilib və nizamnamə kapitalı 50 manatdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью