Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var AZƏRTAC

31.12.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Salyan, 31 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən qəzada xəsarət alanlar olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью