Salyanda narkotik satmaq istəyənlər həbs olundu

13.12.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs olunublar.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

Hər iki şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью