Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

21.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Salyan, 21 sentyabr, AZƏRTAC

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Nəcəf Hüseynovu minik avtomobili vurub. Ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью