Salyanda polis toya müdaxilə etdi SƏBƏB

17.08.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью