Icma.az bildirir, Lent az portalına istinadən.
Salyanda qatar minik maşınına çırpılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Arıbatan kəndində qeydə alınıb.
Məlumata görə, "Mercedes 190" markalı avtomobil dəmiryolunu keçərkən nasazlıqdan nəqliyyat vasitəsinin mühərrki qəfil sönüb. Qatarın gəldiyini görən sürücü dərhal minik maşının tərk edib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi zədələnib.