Salyanda qəza ölən var

12.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salyanda baş verən qəzada sürücü ölüb.

Milli.Az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью