Salyanda qəza: Vətəndaş belə xilas edildi VİDEO Yeni Çağ Media

31.12.2024

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Hyundai Tucson” markalı minik avtomobilinin, ilkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirirək çevrilməsi nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalması müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi alətlərin köməyi ilə yol-nəqliyyat qəzası zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əhmədov Rafət Hilal oğlu avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью