Salyanda qəzada gəlin qayınana yaralandı Fotolar

29.01.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Quyçu kənd sakinləri - 1946-cı il təvəllüdlü Naibə Hüseynova və onun gəlini 1969-cu il təvəllüdlü Dilarə Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralananlardan digər xəsarət alan bir nəfər isə tibbi yardımdan imtina edib.

Salyan RMX-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, 1 nəfərin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağır qiymətləndirilir.

Surxay Şahbazov



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью